Frants Bekkenbauer: “Türkiyə daha yaxşı oyun göstərdi”
26.06.2008 - 10:52
Bakı. Kənan Həsənov - APA-Sport. “Milli komandamız finalda da belə oynasa, qələbə qazanmaq çətin olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniyanın “Bavariya” klubunun prezidenti Frants Bekkenbauer deyib. Keçmiş dünya çempionu Avropa çempionatının yarımfinalında həmyerlilərinə uduzan (2:3) Türkiyə yığmasının daha yaxşı oynadığını bildirib: “Qarışıq hisslər keçirirəm. Çünki türklər yaxşı oyun göstərdilər. Onlar əla futbolçulardır. Fikrimcə, komandamız Polşa və Portuqaliyaya qarşı göstərdiyi oyunu nümayiş etdirməlidir. Bunu bacarmasalar, mən yekun qələbəyə ümid etmirəm”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0