Yozef Blatter: “Türkiyə yığmasının oyundan qürur duydum”
26.06.2008 - 10:59
Bakı - APA-Sport. FİFA prezidenti Yozef Zepp Blatter Avstriya və İsveçrədə keçirilən 13-cü Avropa çempionatında Türkiyə yığmasının nümayiş etdirdiyi oyundan razı qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəlilərin qitə birinciliyinin yarımfinalda Almaniyaya qarşı keçirdikləri görüşün əsas vaxtının heç-heçə başa çatmaması planetin ən ali futbol qurumunun rəhbəri üçün gözlənilməz olub: “Almaniya - Türkiyə matçında əlavə hissələr oynanılacağını düşünürdüm. Amma bu futboldur, final fiti səslənməmiş hansı nəticənin qeydə alınacağını söyləmək çətindir. Onu da deyim ki, Türkiyə milli komandası daha yaxşı təsir bağışladı. Türkiyə yığmasının oyunu ilə qürur duydum”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0