Yens Lemann: “Türklər qapımızdan daha çox top keçirə bilərdilər”
26.06.2008 - 11:21
Bazel. Elşən Məmmədov - APA-Sport. “Türkiyə millisi bu gün nümayiş etdirdiyi oyunla yarımfinalda çıxış etməyə layiq olduğunu təsdiqlədi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının qapıçısı Yens Lemann deyib. 38 yaşlı qolkiper Türkiyə yığmasının güclü komanda olduğunu etiraf edib. Onun fikrincə, “ay-ulduzlular” daha çox qol vura bilərdilər: “Bəlkə də türklərin bizi daha çox məyus etməsi mümkün idi. Lakin iki qolda qaldılar”. Bununla belə, Y.Lemann baş məşqçi Fatih Terimin komandasının müdafiə xəttinin səhvlərə yol verdiyini vurğulayıb: “Almaniya ilə oynayırsınızsa, yaxşı müdafiə olunmağı unutmamalısınız”. Təcrübəli qapıçı, həmçinin Türkiyə millisinin heyətində hücumçu Semih Şəntürkün çıxışından xeyli razı qaldığını açıqlayıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0