Azərbaycan boksçusu erməni rəqibini məğlub edərək Avropa çempionatının yarımfinalına yüksəlib
26.06.2008 - 11:56
İyunun 25-də baş tutan ¼ final görüşlərindən sonra daha iki boksçumuz minimum bürünc medalı təmin edib.
52 kq çəki dərəcəsində döyüşən Elvin İsayev prinsipial qarşılaşmada ermənistanlı Aram Papoyanı 15:4 hesabı ilə məğlub edib. Teymur Məmmədovun (75 kq) ukraynalı Anatoli Fişiçlə görüşü heç-heçə (13:13) başa çatsa da, hakimlər qələbəni həmyerlimizə verib. Turnirin ¼ finalına yüksələn boksçularımızdan yalnız Anar Əliyev məğlubiyyətlə barışıb. Təmsilçimiz rusiyalı Oleq Akuninə 9:15 hesabı ilə uduzub. Bundan öncə isə sabah baş tutacaq yarımfinalda döyüşmək hüququnu Rasim Məmmədovun rəhbərlik etdiyi komandamızın üzvlərindən Salman Əlizadə (46 kq), Elnur Zeynalov (48 kq), Fərid Mansurov (54 kq) və Tamerlan Abdullayev (57 kq) qazanıb.
Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0