“Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi: “Rusiya yığmasına belə oyunla heç kim qorxulu deyil”
26.06.2008 - 12:03
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rusiya yığmasına belə oyunla heç kim qorxulu deyil. İndi əsas məsələ ondadır ki, rusların havalar belə istiləşməsindən sonra pressinq etməyə gücləri çatacaqmı? Hər halda, indiki uğur da Almaniya qəzetlərinin heyrətə gəlməsinə səbəb ola bilər. Nə vaxtsa, Rusiyada yaşadığıma görə fəxr edirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib. O, Rusiyanın ən azı 20 il öncəki uğurlarını təkrarlamasını arzulayır: “Almanlar Arşavin, Jirkov haqda elə sözlər deyirlər ki, buradakı mütəxəssislərdən çoxdandır belə şeylər eşitməmişəm. Ruslar İspaniya ilə yarımfinalda İsveç və Hollandiya ilə görüşlərdə olduğu kimi pressinq etsələr, qələbəyə ümid edə bilərlər. Gümüş medal mənim üçün Avropa çempionatından əla xatirədir. Ümid edirəm ki, bizim uşaqlar da hazırkı Avropa çempionatında minimum bu vəzifəni yerinə yetirəcəklər”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0