Azərbaycan yığmasının baş məşqçisi: “Avropa çempionatında birinci yeri tuta bilməməyimizə Latviya səfirliyi mane oldu”
26.06.2008 - 12:33
Latviyanın Dauqavpils şəhərində keçirilən Avropa çempionatında 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazandıqlarını deyən F.Umudov ümumi komanda hesabında 34 ölkə arasında ikinci yeri tutduqlarını vurğulayıb. Onun fikrincə, yığmamızın birinci yerə də sahib çıxa bilərdi: “Ümumi komanda hesabında 76 xal toplayaraq, Rusiya, Türkiyə kimi ölkələri geridə qoyduq. Birinci yeri tutan Gürcüstan millisi isə bizi cəmi 3 xal qabaqladı. Halbuki, Latviya səfirliyi viza versəydi, 69 kq çəkidə bir nömrəli idmançımız olan Kazım Abbasov da mütləq medal qazanacaqdı. Amma Abbasov üçün viza ala bilmədiyimizdən, qitə birinciliyinə ondan zəif olan Pərviz Axundovu aparmalı olduq. Axundov isə öz çəkisində 7-ci yerlə kifayətləndi”. Baş məşqçi, həmçinin güləşçilərimizin Ermənistan təmsilçiləri ilə 5 dəfə qarşılaşdıqlarını və bütün hallarda idmançılarımızın qələbə qazandıqlarını vurğulayıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0