Luis Araqones: “Futbolçularım Avropa çempionu olmağa layiqdirlər”
27.06.2008 - 10:15
Bakı. Mehman Süleymanov - APA-Sport. “Biz rusların sevdiyi kimi oynamağa başladıq, uzun ötürmələrdən istifadə etdik. Ancaq sonradan topla daha çox nəzarət etməyi yoxlayaraq, həm müdafiə, həm də hücumda möhtəşəm nəticə qazandıq. Biz üç qol vurduq ki, yarımfinalda buna nail olmaq çox çətindir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avro-2008-in finalına çıxan İspaniya yığmasının baş məşqçisi Luis Araqones deyib. Rusiya millisini turnirdə ikinci dəfə böyük hesabla məğlub edən 69 yaşlı ispaniyalı çalışdırıcı bildirib ki, qolsuz heç-heçə başa çatan ilk hissədən sonra dəyişiklərə ehtiyac olub: “Fasilədə qərara gəldik ki, oyunda tempi artırmaq lazımdır. Çünki vurulan qol rəqibin işini çətinə salacaqdı və belə də oldu. Rusiya yığması hücum etməyə çalışanda, çox ağıllı oynayıb, topu yaxşı saxlayırdıq. Vilya zədələndikdən sonra bir hücumçu ilə yaxşı təsir bağışladıq. Biz sadəcə, fantastik futbol nümayiş etdirdik. Xavi qolu necə vurdu?! Ən əsası, yetirmələrimə meydanda özlərini müstəqil hiss etmək yaratmaq idi”. L.Araqones bildirib ki, qələbə qazananda bunu qeyd etmir, məğlub olanda isə zahirən üzülür: “Mən adətən öz emosiyalarımı büruzə vermirəm. Futbolçularım Avropa çempionu olmağa layiqdirlər. Düzdür, hələ Almaniya yığması ilə çətin final oyunumuz var. Turnirə gələndə başa düşürdük ki, güclü müdafiəmiz var və bu üzdən xeyli qabağa gedə bilərik. Artıq bunu başqalarına da anlatdıq. Bəzi matçlarda bizə heç də asan olmasa da, özümüzə inamı itirmirdik. Axı bizim sadəcə, əla komandamız var”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0