Rusiya yığmasının qapıçısı: “Bürünc medal bizim üçün son həddir”
27.06.2008 - 11:23
Bakı. Kənan Həsənov - APA-Sport. “İspanlar çox güclüdür. Onlara qarşı oyunda cəmi bir təhlükəli vəziyyət yarada bildik. Bu isə yarımfinal matçı üçün çox azdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev söyləyib. Gənc qapıçı komandasının Avropa çempionatının yarımfinalında İspaniyaya 0:3 hesablı məğlubiyyətini qanunauyğunluq adlandırıb: “Bürünc medal bizim üçün son həddir. İspanlarla oyunda biz bundan artığına ümid edə bilməzdik. Bizi sadəcə üstələdilər”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0