“Dina” klubunun futzalçısı “Araz”a baxışa çağırılıb
27.06.2008 - 13:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Araz” Rusiyanın “Dina” klubunun futzalçısını baxışa çağırıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu, 28 yaşlı universal oyunçu Sergey Sizovdur. Rusiyalı futzalçı 2007-ci ilin iyulundan Moskva təmsilçisində çıxış edir. Ötən mövsüm Rusiya çempionatında 16 matça çıxan S.Sizov 4 qola imza atıb. “Araz”ın məşqçi korpusu S.Sizovla yanaşı, “Norilski nikel” klubundan iki oyunçunu sınaqdan keçirir. Həmçinin, Ukraynadan da adları açıqlanmayan iki futzalçı hazırda Naxçıvan komandasının düşərgəsində baxışdadır. Baş məşqçi Böyükağa Hacıyev baxışa çağırılanları bəyənəcəyi təqdirdə, həmin futzalçılarla müqavilə bağlanılacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0