Azərbaycanın kanoeçisi Valentin Demyanenko Dünya Kubokunun III mərhələsində finala yüksəlib
27.06.2008 - 15:58
Poznan. Elşən Məmmədov - APA-Sport. Bu gün Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan idmançıları əvvəlcə 200 metrlik məsafəyə yürüşdə qüvvələrini sınayıblar. Seçmə mərhələdə kanoeçilərin mübarizəsində Valentin Demyanenko bu məsafəni 41,905 saniyəyə qət edərək, öz qrupunda 8 avarçəkən arasında I yeri tutub. Bu nəticə ilə həmyerlimiz birbaşa finala vəsiqə qazanıb. 43,650 saniyə nəticə ilə öz qrupunda 8 idmançı arasında 7-ci olan Aleksandr Kasatkin isə yarımfinalda çıxış etmək hüququna yiyələnib. Kayakçıların mübarizəsində Fikrət Zeynalov 1 nəfərlik qayıqda 42,290 saniyə nəticə göstərərək, öz qrupunda 8 ölkə təmsilçisi arasında sonuncu yeri tutub. Bu nəticə ilə idmançımız yarımfinala vəsiqə qazana bilməyib. 2 nəfərlik qayıqda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti vaxt azlığından çıxış etməyib.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0