İspaniya dünya və Avropa çempionatlarında Almaniyaya yalnız bir dəfə qalib gəlib
27.06.2008 - 16:38
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Avropa çempionatının final oyununda qarşılaşacaq Almaniya və İspaniya milli komandaları 20-ci dəfə üz-üzə gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının həlledici görüşündə rəqib olacaq komandalar indiyədək 19 dəfə qarşılaşıb. Almaniyalıların 8 dəfə qalib gəlib 5 dəfə uduzduğu oyunlarla yanaşı, 6 dəfə heç-heçə qeydə alınıb (top fərqi - 27:21). Bu matçların yalnız 7-si dünya və Avropa çempionatları çərçivəsində baş tutub. Seçmə mərhələlərdə iki dəfə üz-üzə gələn rəqiblərin 5 oyunu final mərhələsinə təsadüf edib. Yalnız bir dəfə - 24 il əvvəl qitə çempionatının yarımfinalında rəqibini üstələyə bilən İspaniya millisi iki dəfə heç-heçə edib və 4 oyunda məğlub olub (top fərqi - 10:5). Daha 12 dəfə yoldaşlıq oyunlarında qarşılaşan komandaların bu matçlarında qələbə və heç-heçə sayı bərabərdir.
Qeyd edək ki, İspaniya Almaniyaya qarşı keçirdiyi son matçda – 5 il əvvəlki yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İspaniya Almaniyaya qarşı keçirdiyi son matçda – 5 il əvvəlki yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlib.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0