Novruz Temrezovla Xetaq Qazyumov Azərbaycan sərbəst güləş yığmasından kənarlaşdırılıblar
28.06.2008 - 10:37
Bakı. Elşən Məmmədov - APA-Sport. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri Novruz Temrezovla Xetaq Qazyumovun səhhətində problem yaranıb. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, hər iki pəhləvan Bakıda keçirilən “Qızıl Qran-Pri” turnirinə qatılmayacaq. 84 kq çəkidə yarışan N.Temrezov məşq vaxtı çiynindən xəsarət alıb. X.Qazyumovun (96 kq) isə qan təzyiqi aşağı düşüb. M.Aratsilov bildirib ki, yığmamızın legionerləri yaxın vaxtlarda formaya düşəcəklər: “Həm Temrezov, həm də Qazyumovun Pekin Yay Olimpiya Oyunlarında iştiraklarına maneçilik törədəcək problem yoxdur”. M.Aratsilov, həmçinin 55 kq çəkidə Pekin Olimpiadasında yollanmağa iddialı Namiq Sevdimovla Olimpiya çempionu Namiq Abdullayevin “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə qatılacaqlarını açıqlayıb.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0