Sabah XIII Avropa çempionu müəyyənləşəcək
28.06.2008 - 11:03
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah XIII Avropa çempionatının qalibi məlum olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriya və İsveçrədə təşkil edilən qitə birinciliyinin finalında Almaniya - İspaniya matçı keçiriləcək. Vyanadakı “Ernst Happel” stadionunda baş tutacaq həlledici qarşılaşmanı italiyalı Roberto Rozetti idarə edəcək. Onun yan xətdə köməkçiləri həmyerliləri Alessandro Qrizelli və Paolo Kalkanyo olacaq. Ehtiyat hakim funksiyasını Peter Freydfeld (İsveç) yerinə yetirəcək.
23 gün sürən çempionatın arxada qalan 30 görüşündən sonra turnirin yeni qalibinin olmayacağı bəlli olub. Belə ki, hamıdan çox - 3 dəfə Avropa çempionu olan Almaniya milli komandası 1972, 1980 və 1996-cı illərdə qazandığı uğuru təkrarlamağa çalışacaq. 12 ildən sonra yenidən finala yüksələn Yoahim Lövün yetirmələrinin rəqibi İspaniya isə 44 il öncə bu titulu qazanıb. 24 il əvvəl - 1984-cü ilin finalında Fransaya uduzan İspaniya 1964-cü ildə qazandığı uğuru təkrarlayacağı halda, titul sayında Fransaya çatacaq.
Qeyd edək ki, ümumilikdə 9 komanda qitə çempionu olub.
İndiyəqədərki bütün finallar:
1960. SSRİ - Yuqoslaviya - 2:1
1964. İspaniya - SSRİ - 2:1
1968. İtaliya - Yuqoslaviya - 1:1, 2:0
1972. AFR - SSRİ - 3:0
1976. Çexoslovakiya - AFR - 2:2, penaltilər - 5:3
1980. AFR - Belçika - 2:1
1984. Fransa - İspaniya - 2:0
1988. Hollandiya - SSRİ - 2:0
1992. Danimarka - Almaniya - 2:0
1996. Almaniya - Çexiya - 2:1
2000. Fransa - İtaliya - 2:1
2004. Yunanıstan - Portuqaliya - 1:0

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0