Fernando Torres: “Təkcə finala çıxmaqla doymayacağıq”
28.06.2008 - 13:20
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz artıq tarixə düşdüyümüzü bilirik. Lakin onu da başa düşürük ki, bundan artığına da qadirik və bunu sabah Vyanada göstərə bilərik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İspaniya milli komandasının 24 yaşlı hücumçusu Fernando Torres deyib. XIII Avropa çempionatının sabah keçiriləcək final oyunu ərəfəsində ispaniyalı futbolçu iddialı olduqlarını bildirib: “Almaniya və onun nailiyyətlərinə hörmətlə yanaşırıq. Təkcə finala çıxmaqla doymayacağıq. Biz çempiona olmaq istəyirik”.
Qeyd edək ki, Almaniya və İspaniya yığma komandaları arasında final oyunu sabah saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Almaniya və İspaniya yığma komandaları arasında final oyunu sabah saat 23:45-də başlayacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0