Şəhriyar Məmmədyarov Dortmund superturnirində yenə heç-heçə oynayıb
30.06.2008 - 10:03
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Dortmund şəhərində təşkil olunan şahmat üzrə ənənəvi superturnirdə II turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, XVIII kateqoriyalı yarışda mübarizə aparan Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ardıcıl ikinci oyunda qələbə qazana bilməyib. 23 yaşlı beynəlxalq qrossmeysterimiz bu dəfə qara fiqurlarla Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edib. Hesabat turunda Yan Qustafsson (Almaniya) Arkadi Naydiçə (Almaniya), Vladimir Kramnik (Rusiya) Luk van Veliyə (Hollandiya), Peter Leko (Macarıstan) isə Vasili İvançuka (Ukrayna) qalib gəlib. İki turdan sonra 1 xalla 4-cü pillədə qərarlaşan Ş.Məmmədyarov növbəti görüşünü sabah Y.Qustafssona (1,5 xal) qarşı keçirəcək.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il baş tutan analoji yarışda 3,5 xalla 5-ci olub.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il baş tutan analoji yarışda 3,5 xalla 5-ci olub.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0