İspaniya milli komandası ikinci dəfə Avropa çempionu olub - FOTOSESSİYA
30.06.2008 - 10:38
Luis Araqonesin yetirmələri Avstriyanın paytaxtı Vyanadakı “Ernst Happel” stadionunda keçirilən final matçında Almaniya yığmasına qalib gəliblər - 1:0. Həlledici qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Fernando Torres vurub. Bununla da, İspaniya yığması 44 illik fasilədən sonra tarixində ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Belə ki, ispaniyalılar 1964-cü ildə qitə birinciliyinin finalında keçmiş SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edərək, qızıl medala sahib çıxmışdılar. Bundan 20 il sonra da Pireney yarımadası təmsilçisinin eyni uğuru təkrarlamaq şansı olub. Lakin finalda Fransa milli komandasına uduzan (0:2) İspaniya yığması gümüş medalla kifayətlənib. Bu dəfə 69 yaşlı mütəxəssis Luis Araqonesin rəhbərliyi altında uğur qazanan İspaniya Avro-2008-də uduzmayan yeganə komanda kimi fərqlənib. Zədə ucbatından Almaniya ilə final matçını buraxan ispaniyalı hücumçu David Vilya isə 4 qolla çempionatın bombardiri olub.
Almaniya yığması 6-cı dəfə çıxış etdiyi Avropa çempionatının final görüşündə sayca 3-cü məğlubiyyətini alıb. 1972, 1980 və 1996-cı illərdə keçirilmiş qitə birinciliklərinin qalibi olan Bundestim 1976 və 1992-ci illərdə təşkil olunmuş çempionatların həlledici oyunlarında qələbə qazana bilməyib.
İspaniya - Almaniya - 1:0
Fernando Torres, 33
Bombardirlər: David Vilya (İspaniya) - 4, Lukas Podolski (Almaniya), Semih Şəntürk (Türkiyə), Roman Pavlyuçenko (Rusiya), Hakan Yakın (İsveçrə) - hamısı 3 top.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0