Avropa çempionatında Azərbaycanın 11 cüdoçusu mübarizə aparacaq
30.06.2008 - 13:12
Bakı. Aqşin Əliyev - APA-Sport. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa çempionatına qatılacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, iyulun 4-də start götürəcək yarışda ölkəmizin şərəfini 11 cüdoçu qoruyacaq. Oğlanların turnirində Əli Rzayev (50 kq), Vüqar Şirinli (55 kq), Fəqan Eminoğlu (60 kq), Orxan Hacıağalı (66 kq), Məhəmməd Xuduzadə (73 kq), Hikmət Alışov (81 kq) və Əmirxan Marayev (+90 kq) çıxış edəcəklər. Xanım idmançılarımızdan isə Ülviyyə Vəliyeva (44 kq), Səbinə Allahverdiyeva (52 kq), Elmira Mustafayeva (57 kq) və Xanım Hüseynova (63 kq) qüvvələrini sınayacaqlar. Rəşad Məmmədovla Rəşad Həsənovun çalışdırdığı komanda bu gün Sarayevoya yollanıb. İyulun 6-dək davam edəcək Avropa çempionatında həmvətənimiz Valeh Məhərrəmov hakim funksiyasını yerinə yetirəcək.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0