Namiq Sevdimov: “Pekinə yollanmağa layiq olduğumu sübuta yetirdim”
30.06.2008 - 15:58
Bakı. Elşən Məmmədov – APA-Sport. “Hələ “Qızıl Qran-Pri” turnirinin final mərhələsindən öncə baş məşqçimiz Maqomedxan Aratsilov mənə demişdi ki, Namiq Abdullayevə qalib gəlsən, Pekin Olimpiadasına sən gedəcəksən. Allahın köməkliyilə, olimpiya çempionunu üstələməyi bacardım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Namiq Sevdimov deyib. 55 kq çəki dərəcəsində yarışan pəhləvan Bakıda keçirilmiş “Qızıl Qran-Pri” turnirinin finalında Namiq Abdullayevlə görüşün çətin alındığını bildirib: “Rəqibim güclü idi. Ona görə də əsas vaxtda qalib müəyyənləşmədi. Püşkdə isə mənim bəxtim gətirdi. Nəticədə qələbə qazanaraq, Pekinə yollanmağa layiq olduğumu sübuta yetirdim”. 25 yaşlı güləşçi N.Abdullayev üzərində qələbədən sonra yığmanın rəhbərliyi ilə görüşməsə də, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollanacağına əmin olduğunu vurğulayıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
1
0