Azərbaycanın yığması Avropa çempionatında 3 qızıl, 3 bürünc medal qazanıb
30.06.2008 - 18:34
Dauqavpils. Elşən Məmmədov - APA-Sport. Latviyanın Dauqavpils şəhərində keçirilən yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası qitə birinciliyində 3 qızıl və 3 bürünc medal qazanıb. Pəhləvanlarımızdan fəxri kürsünün ən yüksək pilləsinə Eldəniz Əzizli (46 kq), Qasım Məhəmmədov (54 kq) və Rəsul Cunayev (58 kq) qalxıblar. Sərxan Məmmədov (50 kq), Niyaməddin İbrahimov (69 kq) və Əsəd Əsədzadə (85 kq) isə bürünc medala sahib çıxıblar. Azərbaycan komanda hesabında Rusiyadan sonra 60 xalla ikinci yeri tutub.
Qeyd edək ki, 3 qızıl, 3 gümüş, 1 bürünc medala yiyələnən sərbəst güləş yığmamız da ümumi nəticədə ikinci olub. Qadınların turnirinə qatılan Laura Məmmədova (52 kq) isə elə ilk görüşdə məğlubiyyətlə üzləşərək, mübarizəni erkən dayandırıb.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0