Georgi Voronov Ukraynanın “Qaliçanka” klubunu çalışdıracaq
01.07.2008 - 12:18
“APA-Sport” agentliyinin “Qaliçanka” klubunun rəsmi internet sayına istinadən məlumatına görə, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Ukraynalı mütəxəssis iyulun 5-dən 13-dək İtalyanın Venetsiya şəhərində keçiriləcək tələbələrin dünya çempionatından sonra vətəninə yollanacaq.
G.Voronov isə “APA-Sport” agentliyinə bildirib ki, “Qaliçanka” ilə hələlik rəsmi müqavilə imzalamayıb: “Bu xəbərlə mən də tanışam. Amma məsələ heç də yazıldığı kimi deyil. Baş məşqçi postuna namizədlər arasında mənim də adım var. Hazırda “Qaliçanka” rəhbərliyi ilə danışıqlar gedir. Ukraynada, ailəmin yanında işləməyi çox istərdim. Eyni zamanda, Azərbaycanda da qalmağın əleyhinə deyiləm. Çünki bura gəldiyim gündən hər şey ürəyimcədir. Federasiya rəhbərliyi komanda üçün lazımi şərait yaradıb. Bu məsələlərə tələbələrin dünya çempionatından sonra aydınlıq gələcək”.
Qeyd edək ki, G.Voronov Azərbaycan milli komandasının baza klubu olan ABU-ya da rəhbərlik edir.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0