Azərbaycan yığmasının Avropa çempionatında rəqibləri müəyyənləşib
01.07.2008 - 13:36
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın yeniyetmə, gənc oğlan və qızlardan ibarət stolüstü tennis üzrə yığma komandaları iyulun 11-də İtaliyanın Terni şəhərində start götürəcək Avropa çempionatına qatılacaqlar. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Aleksandr Zudov məlumat verib. Onun sözlərinə görə, 10 gün davam edəcək qitə birinciliyi yalnız komanda yarışlarından ibarət olacaq. Yeniyetmə oğlanların mübarizəsində ölkəmizi Rüstəm Əliyevlə Elçin Sevindikzadə təmsil edəcəklər. Komandamız seçmə mərhələdə İ qrupunda Xorvatiya, Hollandiya, Gernsey və Uelslə birgə yer alacaq. Tərkibi Səbinə Əhmədova və Suğra Talıbovadan ibarət yeniyetmə qızlardan ibarət millimiz J qrupunda Portuqaliya, Bosniya və Hersoqovina, Gernseyə rəqib olacaq. Gənc oğlanların yarışında Rafael Abramov, Cəfər Cəfərzadə və Yusif Quluzadənin çıxış edəcəyi yığmamız G qrupunda İtaliya, Slovakiya və Lüksemburqla qarşılaşacaq. Heyətinə Fatimə Hüseynova, Gülnarə Abbasova və Turanə Hacızadənin salındığı gənc qızlardan ibarət komandamız H qrupunda Danimarka, Bolqarıstan və Lüksemburqla görüşəcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0