Azərbaycan şahmatçıları Türkiyə çempionu olublar
02.07.2008 - 10:55
Bakı. Kənan Həsənov - APA-Sport. Qartəpə şəhərində təşkil olunan şahmat üzrə Türkiyə çempionatı başa çatmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, yerli komandaların tərkibində Azərbaycan şahmatçıları da mübarizə aparır. Milli komandamızın üzvləri Qədir Hüseynovla Eltac Səfərlinin şərəfini qoruduğu “Truva” klubu ardıcıl 14 oyunda qələbə qazanaraq, sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. Rauf Məmmədovun heyətində yer aldığı “Doruk Kolleci” komandası isə 24 xalla 2-3-cü pillələri bölüşür. Fərid Abbasovun çıxış etdiyi “Tarsus Zeka” klubu 15 xal toplayıb və 7-ci pillədə qərarlaşıb. Yığmanın baş məşqçisi Fikrət Sideifzadə ilə Vasif Durarbəylinin şərəfini qoruduğu “Antalya Çallıspor” (11 xal) isə 11-ci sırada yer alıb. 16 komandanın dairəvi sistemlə keçirilən birinciliyinə bu gün yekun vurulacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0