Azərbaycan avarçəkənləri dünya çempionatına yollanıblar
02.07.2008 - 11:15
Brandenburq. Elşən Məmmədov – APA-Sport. İyulun 17-də Almaniyanın Brandenburq şəhərində akademik avarçəkmə üzrə 23 yaşadək yığma komandalar arasında dünya çempionatı keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, dörd gün davam edəcək mötəbər yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Artıq yığmamız baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında Brandenburqa yollanıb. Komandamızın heyətində 5 idmançı – Dostməmməd Dostməmmədov, Fikrət Məmmədov, Kamal Məmmədov, Toğrul Qurbanzadə və Xəyal Zülfüqarov yer alıblar. Erkən səfər dünya birinciliyi öncəsi təcrübə toplamaq üçün müxtəlif ölkə təmsilçiləri ilə birgə təlim-məşq toplantısında iştirak məqsədilə baş tutub. Avarçəkənlərimizdən D.Dostməmmədov 1 nəfərlik yüngül çəkili, F.Məmmədov, K.Məmmədov, T.Qurbanzadə və X.Zülfüqarov isə 4 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqlarda çıxış edəcəklər. Yarışa 40 ölkədən 600-dək idmançının qatılacağı gözlənilir.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0