Avropa çempionatına Azərbaycanın 5 stend atıcısı qatılacaq
02.07.2008 - 12:15
Bakı. Aqşin Əliyev - APA-Sport. İyulun 6-da Kiprin paytaxtı Nikosiyada gənclər və böyüklər arasında stend atıcılığı üzrə Avropa çempionatı start götürəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Azərbaycan milli komandasının baş məşqçisi Hafiz Cəfərovun sözlərinə görə, turnirdə ölkəmizin şərəfini 5 idmançı qoruyacaq. Dairəvi (skeet) növdə kişilərin mübarizəsində Emin Cəfərov bacarığını nümayiş etdirəcək. Eyni növdə xanım stend atıcılarımızdan olimpiya çempionu Zemfira Meftahəddinova, onun qızı Regina Meftahəddinova və Nurlanə Cəfərova qüvvələrini sınayacaqlar. H.Cəfərov bildirib ki, qadınlardan ibarət yığmamızın komanda yarışında da iştirak edəcəyi istisna deyil: “Əgər Regina da böyüklərin turnirinə qatılsa, komanda yarışında iştirakımıza problem yaranmayacaq. Əks təqdirdə, təşkilatçılardan icazə almaq lazım gələcək”. Azərbaycan səngər (trap) növündə də təmsil olunacaq. Bu məqsədlə Nikosiyaya Elvin İsmayılov aparılacaq. Qitə birinciliyinə iyulun 14-də yekun vurulacaq.
Qeyd edək ki, Avropa çempionatı Zemfira Meftahəddinova üçün Pekin Olimpiadası öncəsi son sınaq xarakteri daşıyacaq.
Qeyd edək ki, Avropa çempionatı Zemfira Meftahəddinova üçün Pekin Olimpiadası öncəsi son sınaq xarakteri daşıyacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0