Azərbaycan güləşçiləri Türkiyə yığmasının üzvlərilə birgə təlim-məşq toplantısı keçirəcək
02.07.2008 - 14:49
Bakı. Elşən Məmmədov – APA-Sport. İyulun 5-də Türkiyənin Kayseri şəhərinə yollanacaq Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, qonşu ölkədə Türkiyə millisi ilə birgə keçiriləcək hazırlıq prosesinə 10 idmançı cəlb olunacaq. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevlə (120 kq) yanaşı, daha 3 güləşçi aparılacaq. Bakıda keçirilən «Qızıl Qran-Pri» turnirinin final mərhələsində N.Sevdimova uduzaraq, Pekin Olimpiadasına yollanma şanslarını xeyli azaldan Namiq Abdullayevlə yanaşı, dağıstanlı pəhləvanlar Şərif Şərifov (84 kq) və Camaləddin Məhəmmədov (96 kq) da sınaqçı-rəqib qismində məşqlərə qatılacaqlar. Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyacaq toplanış 13 gün davam edəcək.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0