Azərbaycanın yığması Portuqaliyaya məğlub olub
02.07.2008 - 17:34
Bakı. Kənan Həsənov - APA-Sport. İsveçin Höteborq şəhərində təşkil olunan 18 yaşadək qız həndbolçular arasında Avropa birinciliyində III turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın C qrupunda mübarizə aparan Azərbaycan milli komandası yenə qələbə qazana bilməyib. İlk iki oyunda Avstriya (23:27) və Belarusa (15:23) uduzan yığmamız bu dəfə Portuqaliyaya məğlub olub -13:21. Həndbolçularımız növbəti görüşlərini sabah Norveç və İsveçə qarşı keçirəcəklər.
Qeyd edək ki, iyulun 5-də başa çatacaq açıq Avropa birinciliyində 22 komanda mübarizə aparır.
Qeyd edək ki, iyulun 5-də başa çatacaq açıq Avropa birinciliyində 22 komanda mübarizə aparır.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0