Azərbaycanı dünya çempionatında 10 karateçi təmsil edəcək
03.07.2008 - 09:56
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın karate üzrə kişi və qadınlardan ibarət milli komandası iyulun 12-də Polşanın Vrotslav şəhərində start götürəcək universitetlərarası dünya çempionatında iştirak edəcək. Karate Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəmizi şərəfini 7 kişi və 3 qadın idmançı qoruyacaq. Kişilərin mübarizəsində İsmayıl Quliyev (60 kq), Rəşad Hüseynov (65 kq), Vüqar Cabbarlı (70 kq), Şahin Atamov (75 kq), Amal Atayev (80 kq) və Səbuhi Hacıyev (+80 kq) kumitedə, Elçin Məmmədov katada çıxış edəcək. Qadınların yarışına gəlincə, Nərgiz Mehdiyeva (53 kq) və Gülnarə Musayeva (60 kq) kumite, Adilə Qurbanova katada qüvvəsini sınayacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0