UEFA kubokunda “Araz”ı mübarizədən kənarlaşdıran Slovakiya çempionu ikinci dəfə Bakıya gəlir
03.07.2008 - 10:41
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan çempionu “Araz” klubunun UEFA kubokundakı rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən və rekord sayda - 45 kollektivin qatıldığı ilkin və əsas mərhələlərinin püşkatmasında Naxçıvan komandasının adı birinci səbətdən çıxarılıb. Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv mübarizəyə əsas mərhələdən qoşulacaq. Altıncı qrupda yer alan “Araz” Slovakiya çempionu “Slov-Matik Fofo” və İsveçin ən güclüsü “Şkövde” ilə qarşılaşacaq. Komandamızın üçüncü rəqibi isə ilkin mərhələnin C qrupunun qalibi olacaq. Bu qrupda “Nadin” (Bolqarıstan), “Elita Totova” (Makedoniya) və “İpsviç” (İngiltərə) klubları qüvvələrini sınayacaqlar. Rəqiblər arasında “Slov-Matik Fofo” komandamıza tanışdır. Avropanın ən güclü 9-cu klubu olan “Araz” 2007-ci ildə UEFA kuboku çərçivəsində slovakiyalıları sınağa çəkib. Ötən ilin sentyabrında Bakıda keçirilmiş yarışda futzalçılarımız məhz “Slov-Matik Fofo”ya uduzaraq (3:4) mübarizəni vaxtından qabaq dayandırmışdılar. Bu dəfəki turnirin də əsas mərhələsi 6-14 sentyabr aralığında Bakıda keçiriləcək. Elit mərhələyə vəsiqə qazanmaq üçün “Araz” qrupda ilk iki yerdən birini tutmalıdır.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0