Vladimir Lunyovun Azərbaycan yığmasından qovulmasının əsl səbəbi açıqlanıb
03.07.2008 - 17:41
Vladimir Lunyovun Azərbaycan yığmasından qovulmasının əsl səbəbi açıqlanıb
Onun sözlərinə görə, federasiya rəhbərliyi V.Lunyovu çoxsaylı səhvləri ucbatından istefaya göndərib: “O, nalayiq hərəkətlərə yol verib. Xüsusilə, yığmanın üzvü Nigar Bağırova ilə münasibət zamanı etik normalar çərçivəsindən kənara çıxıb. Milli komandadakı bütün məşqçilər də ondan narazı idilər. Lunyov son vaxtlar ona bəslənilən etimadı itirmişdi. Məhz saysız-hesabsız səhvləri ucbatından yığmadan uzaqlaşdırıldı”. Y.Eminbəyli vurğulayıb ki, yeni baş məşqçinin təyinatı gündəmdə deyil: “Qərara almışıq ki, milli komandaya Məşqçilər Şurası nəzarət etsin. Yəni, konkret baş məşqçi olmayacaq. Çünki yaxın gələcəkdə hər hansısa nüfuzlu beynəlxalq yarış yoxdur. Belə olan halda, baş məşqçisiz də keçinmək mümkündür. Lunyov vəzifəsindən kənarlaşdırılsa da, Məşqçilər Şurasında yer alır. Bundan başqa, şurada mənimlə yanaşı, Səadət Məmmədova, Olqa Stepanova və Vitali Sutnikov var”.
Vladimir Lunyovun istefaya göndərilməsində adı hallanan 20 yaşlı Nigar Bağırova isə ətraflı danışmaq istəməyib. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı sabiq baş məşqçinin onu məhkəməyə verməsindən ehtiyatlanıb: “Mən Lunyov haqda çox şey bilirəm. Onun xeyli səhv addımı, hərəkətləri olmasına baxmayaraq, bunların heç birini deməyəcəyəm. Səkkiz il Lunyovun rəhbərliyi altında məşq etmişəm, amma indi onu görmək, tanımaq, hətta danışmaq belə istəmirəm. Lunyov gözləyir ki, onun barəsində qalmaqallı nə isə danışım və məni məhkəməyə versin. Mənim isə onunla məhkəmədə üz-üzə gəlmək fikrim yoxdur”.
Qeyd edək ki, 2004-cü il Afina Olimpiadasında bürünc medal qazanan İradə Aşumovanın məşqçi olan Vladimir Lunyov iyulun 2-də Gənclər və İdman Nazirliyi kollegial iclasının qərarı ilə istefaya göndərilib.
0