Azərbaycan cüdoçuları sabah Avropa çempionatında mübarizəyə qoşulacaqlar
03.07.2008 - 18:31
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə X Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın 11 idmançısı qüvvəsini sınayacaq. Qitə çempionatının ilk günündə Rəşad Həsənovla Rəşad Məmmədovun rəhbərlik etdiyi milli komandanın üzvlərindən Əli Rzayev (50 kq), Vüqar Şirinli (55 kq), Fəqan Eminoğlu (60 kq), eləcə də Ülviyyə Vəliyeva (44 kq) tatami üzərinə çıxacaq. Ertəsi gün daha beş cüdoçumuz öz bacarığını nümayiş etdirəcək. Bunlar Orxan Hacıağalı (66 kq), Məhəmməd Xuduzadə (73 kq), Səbinə Allahverdiyeva (52 kq), Elmira Mustafayeva (57 kq) və Xanım Hüseynova (63 kq) olacaq. Avropa birinciliyinin son günündə, yəni iyulun 6-da Hikmət Alışov (81 kq) və Əmirxan Marayev (+90 kq) güləşəcəklər. Yarışa beynəlxalq dərəcəli hakimimiz Valeh Məhərrəmov da dəvət olunub.
Qeyd edək ki, 2007-ci ildə Maltada keçirilmiş analoji turnirdə 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Sərxan Əhmədov Avropa çempionu titulunu qazanmışdı. Həmin çempionatda Vüqar Şirinli (50 kq) ilə Elsevər Sadıqzadə (55 kq) isə gümüş medala sahib çıxmışdı.
Qeyd edək ki, 2007-ci ildə Maltada keçirilmiş analoji turnirdə 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Sərxan Əhmədov Avropa çempionu titulunu qazanmışdı. Həmin çempionatda Vüqar Şirinli (50 kq) ilə Elsevər Sadıqzadə (55 kq) isə gümüş medala sahib çıxmışdı.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0