Namiq Abdullayev Pekin Olimpiadasına aparılmayacaq
04.07.2008 - 18:34
“Bununla bağlı bu gün Azərbaycan Güləş Federasiyasında toplantı keçirildi. Federasiya rəhbərliyi və Məşqçilər Şurasının yekdil qərarına əsasən, olimpiadaya Namiq Sevdimov yollanacaq. Seçimi obyektiv sayıram. Çünki Sevdimov həm lisenziyanı qazanıb, az öncə Bakıda keçirilən “Qızıl Qran-Pri”nin finalında Namiq Abdullayevə qalib gəlib. Qərara qaldıq ki, Pekin Olimpiadasında gənc pəhləvanla təmsil olunaq. İnanıram ki, Sevdimov ona bəslənən ümidləri doğrultacaq”. Baş məşqçi bildirib ki, N.Sevdimovla yanaşı, olimpiya yığmamızın heyətində Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) yer alıb.
Qeyd edək ki, 1996-cı ildə Atlantada gümüş, 2000-ci ildə Sidneydə qızıl medal qazanmış Namiq Abdullayev Afina Olimpiadasında mükafatsız qalıb.
Qeyd edək ki, 1996-cı ildə Atlantada gümüş, 2000-ci ildə Sidneydə qızıl medal qazanmış Namiq Abdullayev Afina Olimpiadasında mükafatsız qalıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0