Azərbaycan cüdoçusu Vüqar Şirinli Avropa çempionu olub
05.07.2008 - 12:29
Bakı. Aqşin Əliyev – APA-Sport. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə X Avropa çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyinə 11 idmançı ilə yollanan Azərbaycan yığması artıq iki medala sahib çıxıb. Yarışın ilk günündə dörd həmyerlimiz mübarizəyə başlayıb. Vüqar Şirinli 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. 60 kq çəkidə qüvvəsini sınayan Fəqan Eminoğlu bürünc medalla kifayətlənib. Digər iki cüdoçumuz Əli Rzayevlə (50 kq) Ülviyyə Vəliyeva (44 kq) yarışı mükafatsız başa vurublar.
Bu gün həmvətənlərimizdən Orxan Hacıağalı (66 kq), Məhəmməd Xuduzadə (73 kq), Səbinə Allahverdiyeva (52 kq), Elmira Mustafayeva (57 kq) və Xanım Hüseynova (63 kq) öz bacarığını nümayiş etdirəcəklər. Sabah isə Hikmət Alışovla (81 kq) Əmirxan Marayev (+90 kq) güləşəcəklər.
Qeyd edək ki, 2007-ci ildə Maltada keçirilmiş Avropa çempionatında Vüqar Şirinli gümüş medal qazanmışdı.

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0