Yaşar Məmmədov: “Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti məndən üzr istədi”
08.07.2008 - 11:39
Bakı. Aqşin Əliyev - APA-Sport. “Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Rene Rok mənə söz vermişdi ki, Pekin Olimpiadasına qatılmaq üçün Azərbaycan bir “wild-card” alacaq. Güzəştli kartın Sabina Mikinaya veriləcəyini gözləyirdik. Ancaq təəssüf ki, bölgü zamanı bizim payımıza heç nə düşmədi. Buna görə fransalı Rene Rok məndən üzr istədi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov deyib. Ölkəmizin Pekin Yay Olimpiya Oyunlarının qılıncoynatma proqramında təmsil olunmayacağını bildirən Y.Məmmədov bunun səbəbini belə izah edib: “Müxtəlif ölkələrə 6 “wild-card” veriləcəkdi ki, bunların yarısını Beynəlxalq Olimpiya Komitəsi, digər yarısını isə Beynəlxalq Qılıncoynatma Federasiyasının böləcəyini gözləyirdik. Lakin sonradan məlum oldu ki, “wild-card”ların hansı idmançılara təqdim ediləcəyini yalnız Beynəlxalq Olimpiya Komitəsi müəyyənləşdirir. Nəticədə 4 kart Afrika ölkələrinə, qalan 2-si isə təşkilatçı kimi Çinə verildi. Biz sablyaçımız Sabina Mikinanın “wild-card” alacağına ümid edirdik. Nəinki Sabina, qadın sablyaçıların heç biri bu hüquqa yiyələnmədi”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0