Azərbaycan qılıncoynatma yığması Avropa çempionatında 13-cü yeri tutub
09.07.2008 - 11:19
Bakı. Aqşin Əliyev - APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan qılıncoynatma üzrə Avropa çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan idmançıları fərdi yarışların ardınca, komanda növündə də uğursuzluğa düçar olublar. Bu dəfə kişi sablyaçılardan ibarət Azərbaycan yığması medalsız qalıb. Ramin Əmirov, Yusif Budaqov və Namiq Ağakərimovun yer aldığı milli komandamız İtaliya (23:45) və Polşaya (20:45) uduzaraq, 16 kollektiv arasında 13-cü olub. Qadın sablyaçı və kişi şpaqaçılarımızdan ibarət yığmalarımız sabah mübarizə aparacaqlar.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0