Azərbaycan yığması dünya çempionatının 1/4 finalına yüksəlib
09.07.2008 - 12:30
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Venetsiya şəhərində tələbə həndbolçular arasında keçirilən XIX dünya çempionatının qrup mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, turnirə qatılan Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları fərqli nəticələr göstəriblər. Kişi həndbolçularımız C qrupunda keçirdikləri bütün görüşlərdə məğlub olublar. Yaponiya, Gürcüstan və Serbiya komandalarına uduzan Hikmət Abdullayevin yetirmələri qrupda sonuncu pilləni tutublar. Həmyerlilərimiz 9-16-cı yerlər uğrunda mübarizədə latviyalı həmkarlarını sınağa çəkəcəklər.
Qadın həndbolçularımız isə qrup mərhələsində uğurla çıxış edərək, 1/4 finala yüksəliblər. A qrupunda yarışan milli komandamız Rusiyaya uduzsa da (23:26), İtaliya (37:19) və Çini (31:25) üstələyib. Ukraynalı mütəxəssis Georgi Voronovun rəhbərlik etdiyi kollektiv 6 xalla qrupda ikinci sırada qərarlaşıb. Xanım idmançılarımız sabah 1/4 finalda Rumıniya yığması ilə qarşılaşacaqlar. Çempionat iyulun 13-də başa çatacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0