Avropa çempionatının final matçında oynanılan top 10 min avroya satılıb
09.07.2008 - 18:03
Bakı - APA-Sport. İyunun 7-dən 29-dək Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının final matçında oynanılan top hərraca çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, SMS vasitəsilə keçirilən hərraca 116 nəfər qatılıb. “Europass” adlı top 10 min avroya satılıb.
Qeyd edək ki, Avropa çempionatının finalında Fernando Torresin məhz hərraca çıxarılan topla vurduğu qol İspaniya milli komandasına qələbə qazandırmışdı. Almaniya yığmasının qapısına 33-cü dəqiqədə vurulan yeganə qol sayəsində ispaniyalılar ikinci dəfə qitə çempionu tituluna layiq görülmüşdülər.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0