Pekin Olimpiadasına qatılacaq Azərbaycan ağır atletika yığmasının heyəti açıqlanıb
10.07.2008 - 15:38
Bakı. Aqşin Əliyev - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın ağır atletika üzrə milli komandasının tam heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Vahid Nəzərovun rəhbərliyi altında qarşıdakı yarışa 5 atlet aparılacaq. Öncə Əfqan Bayramov (69 kq) və ikiqat dünya çempionu Nizami Paşayevin (94 kq) olimpiadada çıxış edəcəyi dəqiq idi. Bu gün Pekinə yollanacaq digər 3 idmançı da müəyyənləşib. Lənkəranda keçirilən təlim-məşq toplanışında normativləri yerinə yetirən Sərdar Həsənov (62 kq), Turan Mirzəyev (69 kq) və İntiqam Zairov (85 kq) da Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0