Azərbaycan milli komandaları Avropa çempionatında uğursuzluğa düçar olublar
10.07.2008 - 17:47
Bakı. Aqşin Əliyev - APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə keçirilən qılıncoynatma üzrə Avropa çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandaları qılıncoynatmanın müxtəlif növlərində uğursuzluğa düçar olublar. Qadın sablyaçılardan ibarət yığmamız qitə birinciliyində 10-cu yerlə kifayətlənib. Sabina Mikina, Janna Muradqızı, Sevil Bünyatova “trio”su öncə Almaniyaya 44:45 hesabı ilə uduzub. Doqquzuncu yer uğrunda görüşdə isə xanım idmançılarımız rumıniyalılarla bacarmayıblar - 34:45. Bu dəfəki Avropa çempionatı kişi şpaqaçılarımız üçün əlamətdar olub. Belə ki, bu növdə yığmamız tarixində ilk dəfə qitə miqyaslı yarışda qüvvəsini sınayıb. Ancaq heç də ürəkaçan nəticə qeydə alınmayıb. Hollandiyalı şpaqaçılar həmyerlilərimizin təcrübəsizliyindən məharətlə yararlanıblar (45:17). Yekunda Azərbaycan milli komandası 20 kollektiv arasında 17-ci olub.
Qeyd edək ki, sablyaçı kişilərdən ibarət yığmamız da zəif nəticə göstərdiyi üçün 16-cı pillədə qərarlaşmışdı.
Qeyd edək ki, sablyaçı kişilərdən ibarət yığmamız da zəif nəticə göstərdiyi üçün 16-cı pillədə qərarlaşmışdı.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0