Azərbaycan milli komandası dünya çempionatında 15-ci yeri tutub
11.07.2008 - 12:43
Bakı. Aqşin Əliyev - APA-Sport. Kişi tələbələrdən ibarət həndbol üzrə Azərbaycan yığması İtaliyanın Venetsiya şəhərində təşkil olunan XIX dünya çempionatında çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Hikmət Abdullayevin komandası 15-ci yerlə kifayətlənib. Həndbolçularımız turnirdə keçirdikləri 6 matçdan 5-də (Yaponiyaya 32:36; Gürcüstana 30:33; Serbiyaya 25:33; Latviyaya 18:39; Çexiyaya 26:45) məğlubiyyətə düçar olublar. Milli komandamız son matçda Avstraliya üzərində 40:21 hesablı qələbə qazanaraq, axırıncı pillədə qərarlaşmaqdan qaça bilib.
Qadın həndbolçularımız isə yarımfinala yüksəlməyi bacarmayıblar. Georgi Voronovun yetirmələri 1/4 finalda rumıniyalılara 26:36 hesabı ilə uduzublar. Bu səbəbdən yığmamız 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub. Həmyerlilərimiz bu gün axşam Çexiyanı sınağa çəkəcəklər. Dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0