Azərbaycan atleti dünya çempionatında 5-ci olub
12.07.2008 - 09:53
“APA-Sport” agentliyinin məlumatına görə, Polşanın Bıqdoş şəhərində keçirilən gənclər arasında atletika üzrə dünya çempionatı başa çatmaq üzrədir. Yarışda iştirak edən yeganə Azərbaycan idmançısı R.Quliyev 200 metr məsafəyə qaçışda 5-ci yeri tutub. 18 yaşlı atletimiz finalda məsafəni 21,0 saniyəyə qət edərək yalnız 4 idmançıdan geri qalıb. Dünya çempionu olan fransalı Kristof Lemay R.Quliyevi 0,17 saniyə qabaqlayıb. Gümüş və bürünc mükafatları Nikel Asmeade (Yamayka) və Robert Herinq (Almaniya) qazanıb. Təmsilçimiz mükafatçılardan cəmi 0,04 saniyə geri qalıb.
Qeyd edək ki, R.Quliyev Pekin Yay Olimpiya Oyunlarında da iştirak hüququna malikdir.
Qeyd edək ki, R.Quliyev Pekin Yay Olimpiya Oyunlarında da iştirak hüququna malikdir.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0