Azərbaycanın stend atıcısı Avropa çempionatında 35-ci olub
14.07.2008 - 10:42
Bakı. Aqşin Əliyev - APA-Sport. Kiprin paytaxtı Nikosiyada gənclər və böyüklər arasında təşkil olunan stend atıcılığı üzrə Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan Azərbaycanın hər 5 idmançısı mükafatsız qalıb. Qitə birinciliyinin son günündə dairəvi (skeet) növdə qüvvəsini sınayan Emin Cəfərov də mübarizəni erkən dayandırıb. Belə ki, 125 mümkün xaldan 117-sini (22+25+24+24+22) toplayan 29 yaşlı stend atıcımız 35-ci sırada qərarlaşıb. O, ilk “altılığ”a düşmədiyindən final mərhələsinə vəsiqə qazana bilməyib. Avropa çempionu tituluna Tore Brovold yiyələnib. Norveç təmsilçisi həm təsnifat, həm final mərhələsində maksimum nəticə göstərərək, 150 xalla birinci yeri tutub.
Qeyd edək ki, öncə yığmamızın digər üzvlərinin də çıxışları uğursuz alınmışdı. Çempionatda dairəvi növdə Zemfira Meftahəddinova 10-cu, Nurlanə Cəfərova 32-ci, gənclər arasında yarışan Regina Meftahəddinova isə 17-ci olmuşdu. Səngər (trap) növündə ölkəmizin şərəfini qoruyan yeganə stend atıcısı Elvin İsmayılov 77 nəfər arasında 75-ci pilləyə sahib çıxmışdı.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0