Azərbaycan Bakıda baş verən dopinq qalmaqalı ilə bağlı Beynəlxalq Hokkey Federasiyasına məktub göndərib
14.07.2008 - 13:26
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu il aprelin 12-dən 20-dək Bakıda qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında keçirilmiş lisenziya xarakterli beynəlxalq turnir zamanı baş verən dopinq qalmaqalı ilə bağlı yekun qərarın çıxarılmaması Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) rəhbərliyində narahatçılıq yaradıb. AzHF-nin mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bununla əlaqədar Beynəlxalq Hokkey Federasiyasına (FİH) məktub ünvanlanıb: “Yaranmış qeyri-müəyyən vəziyyətlə əlaqədar sənəddə narahatçılıq ifadə olunub. Bildiyiniz kimi, paytaxtımızda keçirilən yarışda İspaniya yığmasının iki üzvünün dopinq qəbul etməsi müəyyənləşib. Dopinq qalmaqalı ilə bağlı yekun qərarın iyunun sonunadək çıxarılcağı gözlənilirdi. Lakin indiyədək FİH rəhbərliyi heç bir açıqlama vermir. Biz məktubda beynəlxalq qurumun məsələyə etinasız yanaşmasını, tezliklə yekun qərarın qəbul olunmasınının məqsəduyğunluğu qeyd etmişik”. Y.Nuriyev bildirib ki, Milli Olimpiya Komitəsi, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi rəhbərliyi eyni məzmunlu məktubu həm FİH-ə, həm də Beynəlxalq Olimpiya Komitəsinə göndərib.
Qeyd edək ki, Bakıda keçirilən lisenziya xarakterli yarışda birinci yeri tutan İspaniya yığması Pekin Olimpiadasında iştirak hüququna yiyələnib. İspaniyalı hokkeyçilərin turnir zamanı istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etməsi aşkarlandıqdan sonra finalçı qismində Azərbaycan milli komandasının olimpiadaya yollanmaq ehtimalı yaranıb. Dopinq qalmaqalında ilişən ispaniyalıların hazırda FİH Hüquq Komissiyası tərəfindən dindirildiyi bildirilir.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0