Elçin Cəfərov: “Pekin Olimpiadasında medal qazanacağımıza söz vermirəm”
26.07.2008 - 12:45
Bu sözləri «APA-Sport» agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Elçin Cəfərov deyib. E. Cəfərov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qələbə üçün yollanacaqlarını bildirib. Olimpiadada yüksək yerlər uğrunda gərgin mübarizəyə hazır olduqlarını deyən baş məşqçi Pekinə yollanacaq 6 «klassik» güləşçimizdən yalnız Olimpiya və dünya çempionu Fərid Mansurovla (66 kq) ikiqat Avropa çempionu Rövşən Bayramovun (55 kq) medallara iddialı göstərilməsi fikri ilə razılaşmayıb. Təcrübəli mütəxəssis Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Anton Botevin (120 kq) də şanslı olduğunu vurğulayıb: “Kənardan boş-boş proqnoz verənlərlə, münəccimlik edənlərlə işim yoxdur. Nəyə görə yalnız Mansurovla Bayramov? İdmançılarımızın hamısı eyni şəraitdə hazırlıq keçib, eyni mətbəxdən yemək yeyiblər». E. Cəfərov, həmçinin Pekin Olimpiadasında bütün növlər, xüsusən də yunan-Roma güləşi üzrə mübarizələrin çox gərgin alınacağını açıqlayıb. Lakin o, Azərbaycan nümayəndə heyətində «klassik» güləşin medal baxımından böyük inam bəslənilən növlərdən olduğunu anladıqlarını və ümidləri doğrultmağa çalışacaqlarını bildirib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0