Azərbaycan avarçəkəni dünya çempionatında 24-cü yeri tutub
26.07.2008 - 13:30
Lints. Elşən Məmmədov – APA-Sport. Akademik avarçəkmə üzrə yeniyetmələr və böyüklər arasında Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında bu gün final mərhələsi start götürüb. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan avar çəkənləri artıq həlledici yürüşlərdə də qüvvələrini sınayıblar. Azərbaycan idmançılarından ən yüksək nəticəni 1 nəfərlik qayıqda yer alan Cavid Əfəndiyev göstərib. 18 yaşlı idmançı D finalında 2000 metrlik məsafəni 7:29.89 dəqiqəyə qət edib. O, bu nəticə ilə Yaponiya, Sloveniya, İran və Macarıstan avar çəkənlərindən geri qalsa da, Türkmənistan təmsilçisini qabaqlaya bilib. Ümumi hesabda isə Türkiyə, Albaniya və Gürcüstan idmançılarını da üstələyən C. Əfəndiyev öz kateqoriyasında 27 idmançı arasında 24-cü yeri tutub. 2 nəfərlik sükansız qayıqda çıxış edən Timur Kutseba-Aleksandr Qlotov dueti D finalında Moldova, Macarıstan, Portuqaliya, Avstriya və Braziliya təmsilçilərindən geri qalaraq, 7:22:01 dəqiqə göstərici ilə 24 idmançı arasında sonuncu olub. 2 nəfərlik qoşa avarlı qayıqda yarışan Əbdürəşid Mustafin-Aleksandr Jdanov cütü isə E finalında 7:16.92 dəqiqə nəticə ilə CAR təmsilçisini qabaqlayaraq, ümumi nəticədə 32 avar çəkən arasında 31-ci yeri tutub.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0