Dinarə Gimatova Dünya Kubokundan bürünc medalla qayıdır
28.07.2008 - 09:55
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın İrkutsk şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələ yarışına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda Azərbaycan milli komandasının üzvləri Dinarə Gimatova ilə Aliyə Qarayeva da mübarizə aparıblar. Ayrı-ayrı növlər üzrə təşkil edilən turnirdə A.Qarayeva fərqlənə bilməsə də, D.Gimatova lentlə çıxışında bürünc medal qazanıb. Bütün növlərdə birinci yeri rusiyalı Yevgeniya Kanayeva tutub.
Paralel olaraq Bolqarıstanın Varna şəhərində keçirilən analoji yarışda isə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prosolova və Dina Qorinadan ibarət qrup hərəkətləri üzrə milli komandamız çıxış edib. 32,159 xal toplayan yığmamız Bolqarıstan, İsrail və Yaponiyadan geri qalaraq 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, bu, təmsilçilərimizin Pekin Yay Olimpiya Oyunları ərəfəsində son sınağı olub.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0