Dinarə Gimatova: “Səkkiz rəqəminin bizə uğur gətirəcəyinə ümid edirəm”
28.07.2008 - 15:07
Bakı. Kənan Həsənov - APA-Sport. “İrkutsk şəhərində uğurlu çıxış etməyim məndə Pekin olimpiadası ərəfəsində özünəinam hissini artırdı. Axı, bu mənim ilk olimpiadam olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın İrkutsk şəhərində keçirilən Dünya kubokunun mərhələ yarışında bürünc medal qazanan bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Dinarə Gimatova söyləyib. Təcrübəli gimnast Pekin olimpiadası ilə bağlı fikirlərini də bölüşüb: “Bizim üçün əsas sağlamlıqdır. Aliyə Qarayeva və ehtiyat gimnast Anna Qurbanova ilə birgə iyulunun 31-dən avqustun 16-dək Yaponiyada təlim-məşq toplanışında olacağıq. Aliyə və qrup hərəkətləri üzrə milli komandamız səhnəyə 8-ci sıra nömrəsi ilə çıxacaqlar. Bu da olimpiadanın keçirildiyi ay və başlama günü ilə üst-üstə düşür. Səkkiz rəqəminin bizə və təşkilatçılara uğur gətirəcəyinə ümid edirəm”.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0