Azərbaycan yığması Pekin Olimpiadasına hazırlığın sonuncu mərhələsini Masallıda keçirəcək
29.07.2008 - 09:55
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri milli komandası Pekin Yay Olimpiya Oyunlarına hazırlığın sonuncu mərhələsini Masallıda keçirəcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən məlumatına görə, yığmamız təlim-məşq toplanışına iyulun 31-də başlayacaq. Hazırlıq prosesi iki həftə davam edəcək. Masallı Olimpiya Kompleksində təşkil olunacaq məşqlərə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prosolova və Dina Qorina qatılacaq.
Qeyd edək ki, milli komandamız bir neçə gün öncə Bolqarıstanın Varna şəhərində keçirilən Dünya kubokunun mərhələ yarışında 4-cü yeri tutub.
Qeyd edək ki, milli komandamız bir neçə gün öncə Bolqarıstanın Varna şəhərində keçirilən Dünya kubokunun mərhələ yarışında 4-cü yeri tutub.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0