Vüqar Həşimov: Bizə yüksək şərait yaratmışdılar
13.07.2011 - 23:03
Şahmat üzrə Azərbaycan yığması Çinə yollanıb. Səfər öncəsi apasport.az saytına açıqlamasında millimizin qrossmeysteri Vüqar Həşimov bildirib ki, komandalararası dünya çempionatı ərəfəsi təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub: “Hazırlıqla yanaşı, Qəbələdə yaxşı istirahət etdik. Bu dəfə təlim-məşq daha yüksək səviyyədə təşkil edilmişdi. Yaxşı şəraitimiz vardı. Qəbələ, məskunlaşdığımız mehmanxana, mənzərə əla idi. Açığı, çempionluğa iddialı komanda buna layiqdir. Görək, indi Çində nə olacaq”.
Qeyd edək ki, dünya çempionatı iyulun 17-də Çinin Ninbo şəhərində start götürəcək. Qalib komanda 9 turdan sonra müəyyənləşəcək.
Kamran HACI
Qeyd edək ki, dünya çempionatı iyulun 17-də Çinin Ninbo şəhərində start götürəcək. Qalib komanda 9 turdan sonra müəyyənləşəcək.
Kamran HACI
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0