Yığmamız Gürcüstandan 2 medalla qayıdır
21.07.2011 - 12:32
Gürcüstanın Poti şəhərində keçirilən Olimpiya çempionu Nana Aleksandriya kuboku uğrunda beynəlxalq şahmat festivalına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Nərmin Məmmədova turnirin ən güclüsü adını qazanıb. 12 yaşa qədər şahmatçılar arasında mübarizə aparan həmyerlimiz həlledici matçda əsas rəqibi yerli Ani Çanturiyaya qalib gəlib və xallarının sayını 8-ə çatdırıb.
Onunla yanaşı, beynəlxalq usta Zaur Məmmədov open-turnirdə gümüş medala sahib olub. Nərminin qardaşı olan gənc şahmatçı gürcüstanlı Qayoz Niqalidze ilə eyni sayda – 7,5 xal toplayaraq, əlavə göstəricilərə görə ondan geri qalıb.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0