Camal Rəhimov gümüş medalla kifayətləndi
23.07.2011 - 09:36
Bakıda Binə Atçılıq Mərkəzində keçirilən konkur növü üzrə CSI2* kateqoriyalı “Günay Kuboku” Beynəlxalq turnirinin ikinci gününün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə “Günay Sığorta” ASC-nin mükafatı uğrunda yarışan çaparlardan ən yaxşı nəticəni polşalı idmançı Alessandro Lissione göstərib. O, “Bahar” və “Chira” ləqəbli atlarla qızıl və bürünc medallar qazanıb. Azərbaycan idmançısı Camal Rəhimov “Bill Klinton” ləqəbli atla fəxri kürsünün ikinci pilləsində yer alıb.
Bu gün “Günay Maliyyə” mükafatının sahibi bilinəcək. İyulun 24-də isə “Qran Pri” yarışında “Günay Bank”ın mükafatı uğrunda mübarizəyə qatılacaqlar.
Qeyd edək ki, 124 min ABŞ dolları mükafat fondu olan turnirin ilk günü yığmamızın üzvü Gennadi Qaşıbeyazov (“Papirus” ləqəbli atla) qələbəsi ilə yekunlaşmışdı.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0